Elnarə Qaragözova - Tomris Uyarın hekayələri



Aqillər Yaradanın əmanəti olan ruhu dünyanın savaşından, boz üzündən, çirkindən qorunmaq, həyat yolundan vaxtından tez usanmamaq üçün körpələr və ahıllarla ünsiyyəti vacib bilirlər. Çünki həm körpələrin, həm də uşaqlaşan qocaların bu dünyadan təmənnası ancaq sevgidir. Körpələr hələ dünya qovğasına qoşulmadığından, ahıllar isə bu qovğanın mənasızlığını öz həyatları bahasına dərk etdiyindən mərhəmətin nirvanasında yaşayır və onlarla ünsiyyətdə olan insanlara da bunu yaşada bilirlər. Tomris Uyarın araşdırmaya cəlb etdiyimiz hekayələrində də yazıçı qadınları dünyanın ilk və son dayanacağında təsvir edir, dünyaya məhz bu saflıq, təmizlik mücəssəməsi olan varlıqların gözündən baxır.

 https://edebiyyatqazeti.az/news/edebi-tenqid/12092-tomris-uyarin-hekayelerinde-qadin-heyatin-ilk-ve-son-dayanacagin

da-yasam


Комментарии

Популярные сообщения из этого блога

Məlumat

Elnarə Qaragözova yazır: Xalqına Vurğun Səməd...