Сообщения

Сообщения за март, 2025
Изображение
Fil.f.d., dosent Elnarə Qaragözova   FOLKLOR VƏ POSTMODERN TƏHKİYƏ   #folkor #postmodernizm #ElnarəQaragözova Pertti J. Anttonenin " Müasirlikdə ənənə: Postmodernizm və Folklorda Millət-Dövlət" kitabından yola çıxaraq.... Bu günlərdə mütaliə etdiyim Pertti J. Anttonenin "Müasirlikdə ənənə: Postmodernizm və Folklorda Millət-Dövlət" kitabı   “ənənə” və “folklor”u müasirlik və modernizmlə, eləcə də postmodernizmlə bağlı diskurslar çərçivəsində konseptuallaşdırır. Modern və postmodern realilərlə  folklorun müasir formatda  təzahürünə həsr edilən araşdırmada əsas məqam bu iki fərqli kulturoloji qat arasındakı toqquşma və ayrılma nöqtələrinin müəyyənləşdirilməsidir. Bu kulturoloji təmasda  əsas prinsip əlaqələndirici məqamın epistemioloji cəhətdən  təqdimatı dir. İki fərqli mədəni fenomen olan postmodernizmin və folklorun müxtəlif kontekstlərdə kəsişməsi, qarşılıqlı təsiri müasir dünya, eləcə də Azərbaycan ədəbi prosesinin danılmaz faktıdır. Mədəni for...

Elnarə Qaragözova yazır: Xalqına Vurğun Səməd...

Изображение
Xalqına Vurğun Səməd...  Son zamanlar Səməd Vurğun şəxsiyyəti, yaradıcılığı ilə bağlı müzakirələr yenidən ədəbi gündəmdədir. Xalq şairinin irsinə və özünə yönəlmiş neqativ məqamlara şairin öz ədəbi irsi tutarlı cavabdır. Səməd Vurğun bütün yönləri ilə xalqına, öz türk kökünə bağlı bir şəxsiyyət olub. Səməd Vurğunun sovet dövründə yazılmış elmi araşdırmalarda qeyd edildiyi kimi “marksizm-leninizm estetikasına söykənən”, “sovet həqiqətini əks etdirən” ilk baxışdan sırf kommunist ideologiyasını təbliğ edən əsər təsiri bağışlayan “Komsomol” poemasının belə  alt qatları, misraları arasından bu vətən, türklük sevgisi süzülərkən ona qarşı bu gün bu qədər neqativ yanaşma sərgilənməsi rəvadırmı? İncələyək görək, ilk baxışda ən qatı  sovet ideoloji  əsəri kimi görünən "Komsomol" poeması “kommunizm” mifinin minlərlə variasiyalarından biridirmi, yoxsa özünəməxsus, unikal bədii nümunədir? Məlum olduğu kimi Sovet ədəbiyyatında millilik, fərdilik kimi keyfiyyətlər inkar edili...