Сообщения

Изображение
Fil.f.d., dosent Elnarə Qaragözova   FOLKLOR VƏ POSTMODERN TƏHKİYƏ   #folkor #postmodernizm #ElnarəQaragözova Pertti J. Anttonenin " Müasirlikdə ənənə: Postmodernizm və Folklorda Millət-Dövlət" kitabından yola çıxaraq.... Bu günlərdə mütaliə etdiyim Pertti J. Anttonenin "Müasirlikdə ənənə: Postmodernizm və Folklorda Millət-Dövlət" kitabı   “ənənə” və “folklor”u müasirlik və modernizmlə, eləcə də postmodernizmlə bağlı diskurslar çərçivəsində konseptuallaşdırır. Modern və postmodern realilərlə  folklorun müasir formatda  təzahürünə həsr edilən araşdırmada əsas məqam bu iki fərqli kulturoloji qat arasındakı toqquşma və ayrılma nöqtələrinin müəyyənləşdirilməsidir. Bu kulturoloji təmasda  əsas prinsip əlaqələndirici məqamın epistemioloji cəhətdən  təqdimatı dir. İki fərqli mədəni fenomen olan postmodernizmin və folklorun müxtəlif kontekstlərdə kəsişməsi, qarşılıqlı təsiri müasir dünya, eləcə də Azərbaycan ədəbi prosesinin danılmaz faktıdır. Mədəni for...

Elnarə Qaragözova yazır: Xalqına Vurğun Səməd...

Изображение
Xalqına Vurğun Səməd...  Son zamanlar Səməd Vurğun şəxsiyyəti, yaradıcılığı ilə bağlı müzakirələr yenidən ədəbi gündəmdədir. Xalq şairinin irsinə və özünə yönəlmiş neqativ məqamlara şairin öz ədəbi irsi tutarlı cavabdır. Səməd Vurğun bütün yönləri ilə xalqına, öz türk kökünə bağlı bir şəxsiyyət olub. Səməd Vurğunun sovet dövründə yazılmış elmi araşdırmalarda qeyd edildiyi kimi “marksizm-leninizm estetikasına söykənən”, “sovet həqiqətini əks etdirən” ilk baxışdan sırf kommunist ideologiyasını təbliğ edən əsər təsiri bağışlayan “Komsomol” poemasının belə  alt qatları, misraları arasından bu vətən, türklük sevgisi süzülərkən ona qarşı bu gün bu qədər neqativ yanaşma sərgilənməsi rəvadırmı? İncələyək görək, ilk baxışda ən qatı  sovet ideoloji  əsəri kimi görünən "Komsomol" poeması “kommunizm” mifinin minlərlə variasiyalarından biridirmi, yoxsa özünəməxsus, unikal bədii nümunədir? Məlum olduğu kimi Sovet ədəbiyyatında millilik, fərdilik kimi keyfiyyətlər inkar edili...
Изображение
 Bəxtiyar Vahabzadənin anım günü münasibətilə....  Elnarə Qaragözova  Filologiya üzrə fəlsəfə doktoru, dosent  XALQ ŞAİRİ BəxtiYAR VAHABZADƏ VƏ AKADEMİK  AĞAMUSA AXUNDOV: DİLİMİZİN TƏƏSSÜBÜ POEZİYA VƏ ELM TANDEMİNDƏ    Bəxtiyar Vahabzadə irsi milli ədəbiyyatımızın sütunlarından biridir desək, yəqin ki, yanılmarıq. Şairin yaradıcılığı haqqında saysız dəyərli araşdırmalar dərc edilmiş, ölkə mətbuatında və xarici dərgilərdə maraqlı tədqiqatlar, araşdırmalar işıq üzü görmüşdür. Bəxtiyar Vahabzadə irsi dilçi alimlərin də diqqətindən kənar qalmamışdır.Qeyd etməliyik ki, Bəxtiyar Vahabzadənin özü də daim dil məsələsinə həssaslıqla yanaşmışdır. Dil mövzusu şairin yaradıcılığından qırmızı xətlə keçir. B. Vahabzadənin “Mənim anam”, “Ana dili”, “Oğluma”, “Əlifba”, “Latın dili” şeirlərində dilin cəmiyyət, millət üçün önəmi, dilin qorunmasının vacibliyi poetik şəkildə ümumiləşdirilmişdir. Şairin “Ana dili” şeiri bir çağırış, haray kimi səslənir:  Bu dil, - biz...
Изображение
 https://edebiyyatqazeti.az/news/edebi-tenqid/11657-postmodernizm-ve-teatr-estetikasi-janrdan-poetik-elemente
Изображение
 https://edebiyyatqazeti.az/news/edebi-tenqid/11927-2023-cu-ilin-nesr-menzeresi

Elnarə Qaragözova - Tomris Uyarın hekayələri

Изображение
Aqillər Yaradanın əmanəti olan ruhu dünyanın savaşından, boz üzündən, çirkindən qorunmaq, həyat yolundan vaxtından tez usanmamaq üçün körpələr və ahıllarla ünsiyyəti vacib bilirlər. Çünki həm körpələrin, həm də uşaqlaşan qocaların bu dünyadan təmənnası ancaq sevgidir. Körpələr hələ dünya qovğasına qoşulmadığından, ahıllar isə bu qovğanın mənasızlığını öz həyatları bahasına dərk etdiyindən mərhəmətin nirvanasında yaşayır və onlarla ünsiyyətdə olan insanlara da bunu yaşada bilirlər. Tomris Uyarın araşdırmaya cəlb etdiyimiz hekayələrində də yazıçı qadınları dünyanın ilk və son dayanacağında təsvir edir, dünyaya məhz bu saflıq, təmizlik mücəssəməsi olan varlıqların gözündən baxır.   https://edebiyyatqazeti.az/news/edebi-tenqid/12092-tomris-uyarin-hekayelerinde-qadin-heyatin-ilk-ve-son-dayanacagin 7 da-yasam

Məlumat

Изображение
 Qaragözova Elnarə Elxan qızı   Doğulduğu yer: Bakı Doğum tarixi: 09.01.1985 Elektron poçt: e.garagozova.bsu@gmail.com Təhsil: Bakı Slavyan Universiteti Elmi dərəcəsi: filologiya üzrə fəlsəfə doktoru, dosent Vəzifə: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi ( 2015-Hal-hazırda) Doktorluq dissertasiyasının mövzusu: Azərbaycan postmodernist ədəbiyyatının poetikası. 5715.01 – Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid Çap olunmuş elmi nəşrlərin ümumi sayı: 87 Xaricdə çap olunmuş elmi nəşrlərin sayı: 12 Elmi əsərlərin adları:  1. XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında arxetipin yeni formaları. (monoqrafiya). Bakı, Mütərcim, 2018, 141 səh. 2. Məqalələr. (məqalələr toplusu) Bakı, Xan, 2020, 118 səh. 3. Postmodernizm. (məqalələr toplusu). Bakı, Xan, 2021, 77 səh. 4. Yunus Oğuz həyatı və yaradıcılığı. (monoqrafiya). Bakı, Elm və təhsil, 118 səh.  5. Yusif Səmədoğlunun həyatı və yaradıcılığı. Bakı, Xan nəşriyyatı, 2024, 132 səh....